"Belə bir adamı artıq tanımıram"

"Belə bir adamı artıq tanımıram"
20:22 22 May 2017
110 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Nejat Alp şoumen Bəyazid Öztürkə sitəm edib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi Bəyazdan onu verilişinə dəvət etməməsinə görə inciyib. Belə ki, bu yaxınlarda şoumenin verilişində Cengiz Kurtoğlu, Ümit Besen və Arif Susam kimi sənətçilər qonaq olub. Onlarla eyni janrda oxuyan Nejat Alp proqrama dəvət olunmamasını sərt tənqid edib: 

"Dostlarımın verilişdə olmalarından incimədim. Onların hamısı mənim qardaşlarımdır. Hətta çoxunu sənət aləminə mən gətirmişəm. Məni dəvət eləmədi, amma həmin həftə mahnımı parodiya etdi. Mahnılarımdan istifadə etməsinə rəğmən, ağlına gəlməmişəm. Bundan sonra zəng də eləsə, verilişinə getmərəm. Artıq belə birini tanımıram. "Arkadaşım" adlı bəstəmlə 16 həftədir parodiya edirsiniz. Belə veriliş aparmazlar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/547246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR