İslamiadaya görə veriləcək mükafatın məbləği - 25 milyon 650 min

İslamiadaya görə veriləcək mükafatın məbləği -   25 milyon 650 min
20:27 22 May 2017
154 İdman
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları başa çatıb. Azərbaycan idmançıları yarışda 75 qızıl, 50 gümüş və 37 bürünc olmaqla ümumilikdə 162 medal qazanıb.


Prezident İlham Əliyevin mayın 11-də imzaladığı sərəncama əsasən medal qazanmış idmançılar və onların məşqçiləri mükafatlandırılacaq. Dövlət başçısı onlar üçün aşağıdakı məbləğdə mükafat müəyyənləşdirib: 


- birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat.


Həmçinin Milli Olimpiya də idmançıları mükafatlandıracar. MOK prezidenti İlham Əliyevin mayın 11-də imzaladığı sərəncama əsasən medalçılar və məşqçiləri aşadığakı məbləğdə mükafat alacaq.


- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat.


Beləliklə, qızıl medal qazanan idmançılar ümumilikdə 150 min (məşqçiləri 75 min), gümüş medalçılar 80 min (məşqçiləri 40 min), bürünc medala sahib çıxanlar 50 min (məşqçiləri 25 min) manat mükafat alacaq.


Fanat.Az-ın hesablamalarına görə, dövlət və MOK 75 qızıl medalçıya ümumilikdə 11 milyon 250 min, onların məşqçilərinə 5 milyon 625 min manat mükafat verəcək.


50 gümüş medala görə 4 milyon, onların məşqçilərinə 2 milyon manat ödəniləcək. 37 bürünc medalçının mükafatı 1 milyon 850 min manat olacaq. Onların məşqçilərinə isə 925 min manat veriləcək.


Ümumilikdə dövləot və MOK 25 milyon 650 min manat mükafat verəcək. Bunun 17 milyon 100 min manatı idmançıların, 8 milyon 550 min manatı məşqçilərin payına düşəcək. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-slamiadaya-gor-verilck-mukafatn-mbli-t58268.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR