Türkiyəli tamaşaçı: "IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub"

Türkiyəli tamaşaçı: "IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub"
20:37 22 May 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə təşkil olunub".

Milli.Az bildirir ki, bunu Trend-ə  Bakıya IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasiminə gəlmiş türkiyəli Yavuz Selimhan Gedik deyib.

O, Azərbaycanın çox gözəl təşkilatçılıq nümayiş etdirdiyini bildirib:

"Bəzi yarışlarda tamaşaçı oldum. Çox bəyəndim. IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan və Türkiyə qələbə qazandı. Fərqi yoxdur - Azərbaycan, ya Türkiyə, hər ikisi birdir. Azərbaycanın da qələbəsinə sevinirik".

Qeyd edək ki, mayın 8-də başlayan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları bu gün yekunlaşır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR