Bakı Olimpiya Stadionunda möhtəşəm konsert başladı

Bakı Olimpiya Stadionunda möhtəşəm konsert başladı
20:38 22 May 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

Mayın 12-də Azərbaycanın ev sahibliyi ilə başlayan IV İslam Həmrəyliyi Oyunlarının bu gün axşam 68 min nəfərlik tamaşaçı tutan Bakı Olimpiya Stadionunda möhtəşəm bağlanış mərasimi öncəsi 40 dəqiqəlik konsert proqramı başlayıb.

Publika.az xəbər verir ki, konsertin aparıcıları tanınmış teleaparıcı Hüsniyyə Məhərrəmova və şoumen Murad Dadaşovdur.

Konsert musiqi və rəqs ifaları ilə davam edir.

Hazırda Bakı Olimpiya Stadionunda böyük tamaşaçı izdihamı yaşanır.

Qeyd edək ki, bir neçə dəqiqədən sonra IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayacaq.

Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, “Bakı-2017” İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin və digər rəsmi şəxslər iştirak edəcək.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR