Ekstrasens Məlahət tapıldı və elə şeylər dedi ki...

Ekstrasens Məlahət tapıldı və elə şeylər dedi ki...
21:12 22 May 2017
5301 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dünya dağılmayacaq, ancaq yadplanetlilərlə görüş baş tutacaq.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiyada yayımlanan "Ekstrasenslərin savaşı" yarışının azərbaycanlı iştirakçısı Məlahət Nəzərova deyib.
Onun sözlərinə görə, dünyanı müharibə və inqilablar bürüyəndə Rusiya "təhlükəsiz ada" olacaq:
"Bütün Sovet İttifaqı ölkələri Rusiyaya sığınacaq. Yaponiya və Almaniya isə Rusiyanın ən etibarlı tərəfdaşı olacaq. Bu il isə yadplanetlilərlə rəsmi görüş baş tutacaq".
Ekstrasens görüşün Rusiyada keçiriləcəyini əlavə edib.
Qeyd edək ki, Məlahət Nəzərova vaxtilə SSRİ-nin dağılmasını, Dağlıq Qarabağ münaqişəsinin gedişatını, Azərbaycanda bir sıra siyasi prosesləri və "Rusiyanın parlaq gələcəyi"ni proqnozlaşdırmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547282.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR