Ət və şokolad yeyəndə... depressiyaya düşürsən

Ət və şokolad yeyəndə... depressiyaya düşürsən
21:27 22 May 2017
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Tez-tez ət və şokolad yemək insan psixikasını məhv edir və uzunsürən depressiyaya səbəb olur. Bu qəribə nəticəyə ispan tədqiqatçıları gəliblər. Informing saytı xəbər verir ki, alimlər 10 il ərzində 15 min könüllünün analizini toplayaraq onların psixi durumunu və qida rasionunu dəyərləndiriblər.

Milli.Az musavat.com-a istinadən bildirir ki, tədqiqatların yekununa əsasən müəyyən edilib ki, şirni, xüsusilə şokolad və yağlı ət həvəskarları əsəb sisteminin pozulmasından daha çox əziyyət çəkirlər. Onlar sakitləşmək və normal hala düşmək üçün daha çox sedativ preparatlar qəbul edirlər.

Alimlər depressiyanın inkişaf riskini azaltmaq üçün şirnisevənlərə və "ət yeyənlərə" bir müddət ət və şokoladdan uzaq olmağı, yaxud heç olmasa pəhriz günləri keçirməyi məsləhət görürlər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/547188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR