İslam Oyunlarının bağlanış mərasimi başa çatdı -

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başa çatıb.

Beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.

Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət – 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” – “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb. Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.

Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.

***

21:28

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi başlayıb.

Metbuat.az-ın məlumatına görə, mərasimdə İslamiadada iştirak edən ölkələrin paradı olacaq, bədii proqram nümayiş etdiriləcək.

Azərbaycan komandasının bayraqdarı cüdo üzrə Avropa və dünya çempionu Elxan Məmmədovdur.

Qeyd edək ki, Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında 54 ölkəni təmsil edən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparıb.

Azərbaycan milli komandası yarışları birinci sırada başa vurub - 75 qızıl, 50 gümüş, 37 bürünc medal.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR