Azərbaycanda bu da oldu: Şəhərin mərkəzində canavar gəzdirir - VİDEO

Azərbaycanda bu da oldu: Şəhərin mərkəzində canavar gəzdirir - VİDEO
21:57 22 May 2017
135 Ölkə
Ölkə mətbuatı
A- A+

İnsan həyatı üçün təhlükəli hesab edilən heyvanı saxlayır. Özü də şəhərin mərkəzində, insanların sıx olduğu yerə çıxardaraq, bu heyvanı gəzdirir.

Milli.Az bildirir ki, görüntülər Abşeron rayonu Xırdalan şəhərində bir vətəndaş tərəfindən qeydə alınıb. Kadrlardan görünür ki, vətəndaş canavar saxlayır və onu bağlı şəkildə insanların olduğu əraziyə gətirərək nümayiş etdirir. Sonra isə sanki it gəzdirirmiş kimi canavarıda gəzdirməyə başlayır.

Məsələ burasındadır ki, bu heyvanın ağzında qoruyucu olmasına baxmayaraq hər an vətəndaşın əlindən çıxa və insanlara xəsarət yetirə bilər. Bəs canavarın saxlanılması ümumiyyətlə insanlar arasında çıxardılaraq gəzdirilməsi qanunla qadağandırmı?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev deyir ki, Avropada vəhşi təbiətin qorunması haqqında Berlin kovensiyasısına Azərbaycanda qoşulduğuna görə canavarın ovlanması və tutulması qadağan edilib.

Bununla yanaşı, həmin heyvan vətəndaşdan alınmaqla təbiətə buraxılır. Raqum Mirzəyev bildirdi ki, bu məsələ nazirlik tərəfindən araşdırlıacaq. Həmin vətəndaşın heyvanı necə əldə etməsi və saxlamasından asılı olaraq onun barəsində müvafiq inzibati tədbir görüləcək. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda bu da oldu: Şəhərin mərkəzində canavar gəzdirir


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547342.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR