Pomidoru dibçəkdə də əkmək olar - QAYDASI

Pomidoru dibçəkdə də əkmək olar - QAYDASI
22:05 22 May 2017
111 Maraqlı
Ölkə mətbuatı
A- A+

Marketlərdən, bazarlardan aldığımız pomidorların əksəriyyəti dərmanla yetişdirilir. Bu isə sağlamlıq üçün ciddi mənada təhdid yaradır. Bəs heç evdə pomidor yetişdirmək haqqında düşünmüsünüzmü? Milli.Az Ailem.az-a istinadən evdə pomidor yetişdirməyin yolları ilə sizi tanış edir.

İlk növbədə pomidoru yetişdirəcəyiniz dibçəyi düzgün seçməlisiniz. Bu qabın 50 sm dərinliyi olmalıdır. Eyni zamanda, dibçək bu dərinliyə uyğun genişlikdə olmalıdır. Beləcə, köklərin böyüməsi üçün kifayət qədər yer olacaq. Dibçəyin altına geniş və dərin olmayan bir qab qoyun. Bu qab çölə axan suyu toplamaq üçündür.
 
Torpaq seçimi pomidor yetişdirməkdə olduqca əhəmiyyətlidir. Torpağın 60% lifli, 40% rütubətli olmalıdır. Məqam gəldi pomidorları əkməyə. Əvvəlcə haqqında söhbət açdığımız torpağı seçdiyiniz qaba doldurun. Saxsının 3/1-ni doldurmaq lazımdır. Daha sonra pomidor kökü və ya toxumunu torpağa yerləşdirin.
 
Pomidor yetişdirməyin son əhəmiyyətli məqamı isə sulamaqdır. Pomidoru əkdiyiniz zaman torpağı bol sulamalısınız. Şitil əkmisinizsə, yarpaqlarını islatmamağa çalışın. Tez-tez torpağa diqqət edin. Daim nəmli qalmasına çalışın. Həddindən artıq sulamayın, bu, çürüməsinə və böcəklənməsinə səbəb olar.
 
Unutmayın ki, pomidor sürətlə yetişən tərəvəz deyil. Əgər kifayət qədər böyüdükdən sonra qızarmırsa, onu günəşli yerə qoyun.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/541995.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR