Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ... - FOTO

Dünyadakı ən qısa uçuşlar - CƏMİ 2 DƏQİQƏ... - FOTO
22:57 22 May 2017
Ölkə mətbuatı
A- A+

Biz öyrəşmişik ki, təyyarə ilə səyahət zamanı uçuşun ilk 30 dəqiqəsindən sonra sərnişinlərə müxtəlif içkilər və qidalar paylanır. Daha bir 30 dəqiqədən sonra isə təyyarə enişə hazırlanır. Ancaq bəzən elə məsafələrə uçuşlar təşkil olunur ki, orada bu prosedurlara sadəcə zaman qalmır.

Milli.Az dünyada gerçəkləşən 5 ən qısa uçuşun siyahısını təqdim edir:

1. Təyinat nöqtələri: Minamidaytodan Kitadaytoya (Yaponiya)
Sərnişinlərin sayı: 39
Həftə ərzindəki reyslərin sayı: 4
İki yapon adasının arasındakı uçuş məsafəsi cəmi 15 dəqiqə təşkil edir. Bu uçuşlar kiçik təyyarələrlə gerçəkləşdirilir.

2. Təyinat nöqtələri: Kiçik Kayman, Kayman Brak (Kayman adaları)
Məsafə: 21 kilometr
Uçuşun gediş-gəliş dəyəri: 54 dollar
Kayman adaları arasındakı uçuşun məsafəsi 10 dəqiqə çəkir.

3. Təyinat nöqtələri: Sankt-Qallen (İsveçrə), Fridrixsxafen (Almaniya)
Məsafə: 21 kilometr
Gün ərzində reyslərin sayı: 2
Sərnişinlərin sayı: 50
Uçuşun gediş-gəliş dəyəri: 45 dollar
8 dəqiqə davam edən bu uçuş ən qısa beynəlxalq uçuş hesab edilir. Təyyarələr nisbətən kiçik olduğu üçün, reyslər tez-tez gerçəkləşdirilir.

4. Təyinat nöqtələri: İnişman, Konnemara (İrlandiya)
Məsafə: 16 kilometr
Gün ərzində reyslərin sayı: 3
Uçuşun gediş-gəliş dəyəri: 54 dollar
İrlandiyada ölkə daxilində keçirilən bu uçuş cəmi 6 dəqiqə çəkir.

5. Təyinat nöqtəsi: Uestrey, Ata Uestrey (Böyük Britaniya)
Məsafə: 1,6 kilometr
Sərnişinlərin sayı: 8
Həftə ərzində reyslərin sayı: 6
Uçuşun gediş-gəliş dəyəri: 30 dollar
Böyük Britaniyanın ərazisində gerçəkləşən bu uşuş cəmi 2 dəqiqə çəkir. (publika.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/547280.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR