Türkiyənin Bursa bölgəsində yaşayan ailədə faciə yaşanıb.
Publika.az xəbər verir ki, 6 il əvvəl 3 yaşında olan Yaman hamamda tapdığı təmizlik maddəsini içib. Zəhərlənmə nəticəsində 1 il ərzində 40 əməliyyat keçirən Yaman sağlamlığına qovuşa bilmir.
6 il davam edən müalicə prosesində uşaq Türkiyədə 50, ABŞ-da isə 40 əməliyyat keçirib. Hazırda 9 yaşında olan Yaman xüsusi cihaz vasitəsilə qidalanır.
Həkimlər uşağın əvvəlki sağlamlığına qovuşması üçün əlindən gələni etsə də, nəticə ala bilmirlər.
9 yaşlı Yaman Kayranın müalicəsi hələ davam edir.
Könül Cəfərli