Fiziki hərəkətlər kofeinli həbdən daha yaxşıdır

Fiziki hərəkətlər kofeinli həbdən daha yaxşıdır
23:17 22 May 2017
94 Ölkə
Ölkə mətbuatı
A- A+

Pilləkənlə 10 dəqiqə aşağı-yuxarı enib-qalxmaq gümrahlığa kofein içməkdən daha yaxşı təsir göstərir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ABŞ-dakı Corciya Universitetinin alimləri apardıqları təcrübədən sonra belə qənaətə gəliblər.

Onların apardıqları təcrübədə xroniki yuxusuzluqdan əziyyət çəkən tələbələr iştirak ediblər. İştirakçılar ayrı-ayrı günlərdə ya kofein tərkibli həb qəbul ediblər, ya da yavaş sürətlə pilləkənlərlə 10 dəqiqə aşağı-yuxarı enib-qalxıblar. Bununla yanaşı onlar yaddaşı və diqqətin toplanmasını qiymətləndirən test suallarına da cavablar veriblər. Nəticələr pilləkənlə gəzintidən sonra iştirakçıların kofeinli həb içdikləri günlərə nisbətən özlərini daha gümrah hiss etdiklərini aşkara çıxarıb. Fiziki hərəkətlər və kofein isə onların koqnitiv qabiliyyətlərinə heç bir təsir göstərməyib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/547226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR