"Onlar sürətli olmalı və tez qərar vermək bacarığına malik olmalıdır"

"Onlar sürətli olmalı və tez qərar vermək bacarığına malik olmalıdır"
23:32 22 May 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

Geridə qalan mövsüm almaniya Bundesliqasında 2-ci pilləni tutaraq Çempionlar liqasında vəsiqə qazanan "RB Leipzig" heyətini möhkəmləndirmək barədə düşünür.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun idman direktoru Ralf Ranqnik bu prosesin asan başa gəlməyəcəyini vurğulayıb.

"Faydasını dərhal verəcək oyunçu tapmaq "Leipzig" üçün çətin olacaq. Yeni futbolçular komandanın oyun sisteminə uyğun gəlməlidir. Onlar sürətli olmalı və tez qərar vermək bacarığına malik olmalıdır. Əsas kollektivdəki mentalitetdir. Buna rəğmən biz öz strategiyamızdan əl çəkməyəcəyik və gənclərə etimad göstərəcəyik".

Daha öncə "Bavariya"nın prezidenti Uli Höness "Leipzig" hazırki transfer siyasətindən imtina etməyi məsləhət görmüşdü.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/547357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR