Bərdədə banka məxsus inkassator maşını aşıb

Bərdədə banka məxsus inkassator maşını aşıb
23:47 22 May 2017
154 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdə. 22 may. REPORT.AZ/ Bərdədə bir nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Bakı küçəsi ilə hərəkətdə olan "Kamaz" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Nəticədə "Niva" yoldan çıxaraq aşıb. Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb.
"Niva" markalı minik maşını "Zamin bank"a məxsus inkassator olub.
Faktla bağlı araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/berdede-banka-mexsus-inkassator-masini-asib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR