25 yaşlı oğlan bıçaqlanıb

25 yaşlı oğlan bıçaqlanıb
23:57 22 May 2017
57 Ölkə
Ölkə mətbuatı
A- A+

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bizlan kəndində qeydə alınıb.

Basqal qəsəbə sakini, 1992-ci il təvəllüdlü Nağıyev Hacı Rahib oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bizlan kənd sakini, 1992-ci il təvəllüdlü Qədirov Elçin Əhməd oğlunu bıçaqlayıb. Bədənin müxtəlif nahiyələrindən 3 bıçaq xəsarəti alan Elçin Qədirov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat olunub.
 
Həkimlərin səyi nəticəsində onun həyatı xilas olunub və hazırda vəziyyəti orta-ağır qiymətləndirilir. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hacı Nağıyevin saxlanılaraq istintaqa təhvil verilməsi üçün tədbirlər görülür.
 
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/547362.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR