"Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər" -

Ardıcıl ikinci dəfə İranın prezidenti seçilən Həsən Ruhani yeni dönəmdəki ilk mətbuat konfransında ABŞ və Səudiyyə Ərəbistanını sərt sözlərlə tənqid edib.

Metbuat.az bildirir ki, Ruhani rəsmi Vaşinqtonun nüvə sınaqları ilə bağlı İrana təzyiq göstərməsinə münasibət bildirib:

"İran lazım olduğu zaman nüvə sınaqları keçirəcək. Bu mövzuda ABŞ-dan icazə almayacağıq.

Hücum etmək üçün yox, müdafiə olunmaq məqsədilə mərmi istehsalı ilə məşğuluq. Bunu etməsək, başqaları səhv işlərə cəhd edə bilər".

Həsən Ruhani ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinə də toxunub:

"Səudiyyə Ərəbistanındakı görüş siyasi məqsədi olmayan, nümayiş xarakteri daşıyan görüş idi. Millətin pulunu super güclərdən birinə verərək terror problemini həll etmək olmaz. Terrorçuları dəstəkləyənlər terrorla mübarizə apardıqlarını deyə bilməzlər".

Ruhani ABŞ-ın Səudiyyə Ərəbistanına satdığı milyon dollarlıq sursat qarşılığında İranın necə silahlandığı ilə bağlı sualı isə belə cavablandırıb:

"Səudiyyə Ərəbistanı silah almaq barədə düşünə bilər. Biz özümüz silah istehsal etdiyimiz üçün belə şeylərə ehtiyac duymuruq. Onlar aldıqları silahları belə düzgün istifadə edə bilmirlər. Əvəzində amerikalıları bölgəyə cəlb edirlər".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR