Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham edib
00:07 23 May 2017
94 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 22 may. REPORT.AZ/ Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Vaşinqtonu Suriya kürdlərinə silah tədarük etmək qərarına görə sərt tənqid edib.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu o, hər il keçirilən Amerika-Türkiyə münasibətləri üzrə konfransda çıxışı zamanı edib.
"Siz, bir terror təşkilatını digər terror təşkilatına qarşı mübarizədə istifadə edə bilməzsiniz və etməməlisiniz. Xüsusilə də, sizin tərəfdaşınız deyəndə ki, bu, terror təşkilatıdır", - deyə səfir bildirib.
Kılıç ABŞ-ın Rəqqada əməliyyatın aparılması üçün Suriya kürdlərinə alternativ tapa bilməməsinə dair iddialarını da başa düşmədiyini qeyd edib. Türkiyə səfiri bu məsələdə Türkiyə və və artıq İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparmış "Azad Suriya Ordusu"nun olduğunu xatırladıb.
"ABŞ və Türkiyənin tərəfdaşlığı seçim məsələsi deyil, zərurətdir", - deyə Kılıç əlavə edib və Türkiyəni regionda demokratiyanın uğurlu olduğu ölkələrdən biri adlandırıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/turkiye-abs-i-terrorcularla-isbirliyinde-ittiham-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR