Cocuq Mərcanlıda silah-sursat aşkarlanıb

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 22-də Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatı barədə hesabat açıqlayıb.

ANAMA-dan Metbuat.az-a verilən məlumata görə, Cocuq Mərcanlıda gün ərzində gün ərzində 1 036 ədəd qəlpə, 3 ədəd piyada əleyhinə mina (OZM-72) və 1 ədəd tank əleyhinə minanın partladıcısı (MVZ-57) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 18 893 kv.m (1.89 ha) ərazi tam təmizlənib, 28 500 kv.m (2.85 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (Cəmi: 47 393 kv.m (4.74 ha)).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR