"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib
01:27 23 May 2017
115 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubu "Çelsi"nin kolumbiyalı yarımmüdafiəçisi Xuan Quadradonu transfer edib.
"Report" xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçu bunadək komandada icarə əsasında çıxış edib.
Xuan Quadrado İngiltərə klubundan 20 milyon avroya transfer olunub. Quadrado "Yuventus"la 30 iyun 2020-ci ilədək müqavilə imzalayıb.
Futbolçu cari mövsümdə İtaliya A Seriyasında keçirdiyi 29 oyuna 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/yuventus-xuan-quadradonu-20-mln-avroya-transfer-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR