Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham etdi

Türkiyə ABŞ-ı terrorçularla işbirliyində ittiham etdi
01:38 23 May 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Vaşinqtonu Suriya kürdlərinə silah tədarük etmək qərarına görə sərt tənqid edib.

Publika.az xəbər verir ki, bunu o, hər il keçirilən Amerika-Türkiyə münasibətləri üzrə konfransda çıxışı zamanı edib.

"Siz, bir terror təşkilatını digər terror təşkilatına qarşı mübarizədə istifadə edə bilməzsiniz və etməməlisiniz. Xüsusilə də, sizin tərəfdaşınız deyəndə ki, bu, terror təşkilatıdır", - deyə səfir bildirib.

Kılıç ABŞ-ın Rəqqada əməliyyatın aparılması üçün Suriya kürdlərinə alternativ tapa bilməməsinə dair iddialarını da başa düşmədiyini qeyd edib. Türkiyə səfiri bu məsələdə Türkiyə və artıq İŞİD-ə qarşı uğurlu əməliyyatlar aparmış "Azad Suriya Ordusu"nun olduğunu xatırladıb.

"ABŞ və Türkiyənin tərəfdaşlığı seçim məsələsi deyil, zərurətdir", - deyə Kılıç əlavə edib və Türkiyəni regionda demokratiyanın uğurlu olduğu ölkələrdən biri adlandırıb. (Report)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199793.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR