"Barselona" Vidalın qalmasını istəyir

"Barselona"nın sağ cinah müdafiəçisi Aleiş Vidal bir neçə Avropa klubunun maraq dairəsindədir. Xüsusilə də yayda transferlərə böyük büdcə ayıracağı gözlənilən "Milan" onu heyətində görmək istəyir.

Metbuat.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, "Barselona" ispaniyalı futbolçunun komandada qalmasını istəyir. Hətta klub idarəçiləri bu barədə Vidalı məlumatlandırıblar.

Nəşrin iddiasına görə, yalnız yeni baş məşqçi Vidalı komandasında görmək istəməsə, oyunçu transferə çıxarıla bilər.

Qeyd edək ki, baş məşqçi Luis Enrikenin postuna ən real namizəd Bilbao "Atletik"ini çalışdıran Ernesto Valverdedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR