Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb

Venesuelada etiraz aksiyası zamanı Uqo Çavesin evi yandırılıb
01:47 23 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Venesuelanın sabiq prezidenti Uqo Çavesin Barinas ştatının Sabaneta şəhərciyindəki evi bazar ertəsi keçirilən etiraz aksiyası zamanı yandırılıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Nacional" portalı yazıb.
Nəşrin məlumatına görə, bu addım milli bolivarian qvardiyası tərəfindən gənc oğlanın güllələnərək öldürülməsinə cavab olaraq atılıb. Digər məlumatlara görə isə ev yandırılmayıb, tamamilə qarət edilib. Hər iki faktın təsdiq və ya təkzib edilməsi ilə bağlı rəsmi məlumat yoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/venesuelada-etiraz-aksiyasi-zamani-uqo-cavesin-evi-yandirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR