Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO

Mançesterdə iki ardıcıl partlayış - Ölən və yaralananlar var - FOTO/VİDEO
03:23 23 May 2017
115 Dünya
Ölkə mətbuatı
A- A+

İngiltərənin Mançester şəhərində stadionda ardıcıl iki partlayış baş verib.

Publika.az vesti.ru-ya istinadən xəbər verir ki, insident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konserti zamanı qeydə alınıb.

Partlayışlardan sonra stadionda təşviş yaranıb, insanlar stadionu tərk etməyə cəhd ediblər.

Partlayış nəticəsində ölən və yaralananlar var. Hazırda polis insidentin detallarını araşdırır.

Qeyd edək ki, 21 min nəfərlik tamaşaçı tutumuna malik “Mançester Arena” stadionu 1995-ci ildə istifadəyə verilib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR