Mançesterdə konsert zamanı partlayış baş verib, ölənlər var

Mançesterdə konsert zamanı partlayış baş verib, ölənlər var
03:27 23 May 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Mayın 22-si axşam saatlarında "Mançester Arena"da keçirilən konsert zamanı partlayış baş verib.
"Report" xəbər verir ki, bu barədə "Daily Mail" yazıb.
Hadisə şahidlərinin sözlərinə görə, partlayış səsləri müğənni Adriana Qrande son mahnısını bitirərək səhnəni tərk etdikdən sonra eşidilib. Bu zaman işıqlar sönüb, insanlar təşviş içərisində çıxışa doğru qaçmağa başlayıblar. Hadisə yerinə polis və "təcili yardım" avtomobilləri cəlb olunub.
Stadionun yaxınlığında yerləşən "Viktoriya" dəmiryolu vağzalı bağlanıb. Terminal qatarları nə qəbul edir, nə də göndərir.
Son məlumatlara görə, insident nəticəsində bir neçə nəfərin öldüyü və yaralandığı təsdiq edilib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/mancesterde-konsert-zamani-partlayis-bas-verib-olenler-var

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR