Antonio Konte İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib

Antonio Konte İngiltərə Premyer Liqasının ən yaxşı məşqçisi seçilib
06:02 23 May 2017
139 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ "Çelsi" klubunun italiyalı baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasında (İPL) ötən mövsümün ən yaxşı məşqçisi seçilib.
"Report" xəbər verir ki, bu barədə İngiltərə İPL-nin mətbuat xidmətinin məlumatında bildirilir.
London komandası mövsümün sonunda tarixində beşinci dəfə Premyer Liqanın, altıncı dəfə isə İngiltərə çempionatının qalibi olub. "Çelsi" ikinci yeri tutan "Tottenhem Hotspur"u 7 xal qabaqlayıb. Komanda qazanılan qələbələrin sayına (30) görə də rekord müəyyən edib.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/konte-i-ngiltere-premyer-liqasinda-oten-movsumun-en-yaxsi-mesqcisi-secilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR