Yeni smartfonda 3D olacaq

Yeni smartfonda 3D olacaq
07:27 23 May 2017
Ölkə mətbuatı
A- A+

Çində üçölçülü təsviri (3D) xüsusi eynəkdən istifadə etmədən görməyə imkan verən unikal smartfon təqdim olunub. Bu barədə "Xinhua" informasiya agentliyi məlumat verib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, innovativ qurğunun istehsalı ilə məşğul olacaq şirkət nümayəndələrinin sözlərinə görə, smartfon istifadəçilərə analoqu olmayan təcrübə təqdim etməklə ekranda "3D" təsviri əlavə qurğudan (məsələn, eynək) istifadə etmədən görməyə şərait yaradacaq.

İstehsalçı şirkətin vitse-prezidenti Qao Tunlyan bildirib ki, smartfonda təsviri dəqiq və rəngarəng edən xüsusi virtual reallıq çipi quraşdırılıb. "Bu, sabahın texnologiyasıdır", - o vurğulayıb.

İstehsalçı şirkətin adı və qeyd olunan qurğunun işləməsi barədə "Xinhua" məlumat vermir.

Smartfonun qiyməti 2-3 min yuan (290-435 dollar) təşkil edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/546955.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR