WannaCry məhv edilə bilər

WannaCry məhv edilə bilər
07:37 23 May 2017
Ölkə mətbuatı
A- A+

Fransa proqramçıları dünyada yüz minlərlə kompüteri yoluxduran "WannaCry" fırıldaqçı virusunu məhv etmək üçün üsul kəşf ediblər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, KİV-in məlumatına görə, Fransa mütəxəssisləri virusun "Windows 7" və əməliyyat sisteminin daha əvvəlki versiyaları ilə uğurla işləyən deşifrləmə proqramını yaradıblar.

Proqramçıların sözlərinə görə, metod stabil deyil və yalnız müəyyən şəraitdə nəticələrə nail olmağa imkan verir. Lakin onun köməyi ilə blok edilən faylları bərpa etmək və fırıldaqçılara pul ödəməmək mümkündür.

Məlumata görə, deşifrləmə proqramının yaradılmasında məşhur hakerlər iştirak ediblər.

Qeyd edək ki, zərərli proqram təminatı iki komponentdən - "SMB" virusu və bilavasitə fırıldaqçı proqramdan ibarətdir. Virus fırıldaqçı proqramı əvvəlcə lokal şəbəkədə, daha sonra internet vasitəsilə yayır. "WannaCry" proqramının birinci versiyasında yoluxdurulmuş kompüterlərdə faylların şifrlənməsi funksiyasını söndürməyə imkan verən domen adı olub. Lakin "SMB" virusu yoluxdurmanı yaymaqda davam edib.

Məlumata görə, zərərli proqram təminatının birinci versiyası aşkar edildikdən sonra kibercinayətkarlar tərəfindən onun ikinci versiyası buraxılıb. Fransalı tədqiqatçı Matye Suiş britaniyalı həmkarından nümunə götürərək zərərli proqramda göstərilən kodda "ifferfsodp9ifjaposdfjhgosurijfaewrwergwea.com" domenini qeydiyyatdan keçirdikdən sonra "WannaCry" birinci versiya kimi Britaniya tədqiqatçısının eyni serverinə müraciət etməyə başlayıb. Bu isə o deməkdir ki, kompüter zərərli proqram təminatının sonuncu versiyası ilə yoluxdurulsa belə, şifrləmə prosesi işə düşməyəcək.

Buna baxmayaraq ekspertlər tərəfindən "WannaCry" proqramını təkrarlayan yeni fırıldaqçı proqramların yaranması qeydə alınır. Məsələn, "Bleeping Computer" şirkətinin mütəxəssisi Lourens Abramsın məlumatına görə, hazırda "WannaCry" proqramının interfeysini imitasiya edən azı dörd fırıldaqçı proqram təminatı ailəsi mövcuddur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/546956.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR