Sürücülərə şad xəbər: “Sarı zolaq” qadağası bir neçə saata ləğv olunur

Sürücülərə şad xəbər:  “Sarı zolaq” qadağası bir neçə saata ləğv olunur
07:39 23 May 2017
126 Digər
Ölkə mətbuatı
A- A+

DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar paytaxtın bəzi küçə və yollarında tətbiq olunan məhdudiyyətin müddətinin bitməsi ilə bağlı müraciət edib.

 

İdarədən APA TV-yə daxil olan müraciətdə bildirilir ki, paytaxtda keçirilən Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar şəhərin bəzi küçə və yollarında sarı xətlərlə xüsusi “Oyun zolaqları” çəkilib ki, həmin zolaqlarla may ayının 5-dən 25-dək operativ və oyunlara cəlb edilmiş avtomobillər istisna olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

 

BDYPİ sürücülərin diqqətinə çatdırır ki, Bakı şəhərində nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin olunması məqsədi ilə cari il may ayının 23-ü saat 12:00-dan sarı xətlərlə nişanlanmış xüsusi zolaqlarda hərəkətə tətbiq olunmuş məhdudiyyətlər ləğv olunur.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR