Kosmosda paltaryuyan maşın quraşdırılacaq

Kosmosda paltaryuyan maşın quraşdırılacaq
08:12 23 May 2017
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Energiya" raket-kosmik korporasiyasının mühəndisləri Beynəlxalq Kosmik Stansiyada paltaryuyan maşın quraşdırmağı təklif edirlər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, kosmonavtların paltarları tullamaması, əksinə, onları yuya bilməsi üçün edilir.

"Energiya" mühəndislərinin fikrincə, bu addım orbitə göndərilən yüklərin sayını azaltmağa imkan verəcək.

Şirkətdən bildiriblər ki, hazırda kosmonavtlar 4 sutkadan sonra kostyumları atmağa məcburdurlar. Çünki adi paltaryuyan maşını stansiyada istifadə etmək mümkün deyil. Çox güman ki, kosmonavtlar paltarı qurğuda quraşdırılan və onlar nəfəs aldıqları zaman yaranan oksigenlə emal etməli olacaqlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/546960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR