Nokia 9-un yeni fotoları sızdırılıb - FOTO

Nokia 9-un yeni fotoları sızdırılıb - FOTO
08:12 23 May 2017
Ölkə mətbuatı
A- A+

"Nokia" şirkətinin yeni flaqman smartfonu olacaq Nokia 9-un fotoları sızdırılıb.

Milli.Az technote.az-a istinadən bildirir ki, yadınızdadırsa, bu ilin Fevral ayında Barselonada keçirilmiş Mobile World Congress-də 3 Nokia modeli təqdim olunmuşdu. Görünür istehsalçı bu ilki smartfonların sayını artırmaq da qəti qərarlıdır. Sızıdırılmış fotolar mobil bazarına yenidən geri dönüş etmiş Nokia brendinin yeni mükəmməl smartfonunu bizlərə təqdim edir. Nokia 9-un əsas özəlliyi lazer avtofokuslu və ikili diod işıqlandırma sisteminə sahib 13 MP-lik arxa kamerası olacaq. Nokia 9-u test etmiş insanlar onun kamerası ilə bəzi fotolar çəkəndən sonra belə qənaətə gəliblər ki, Nokia 9, kamera baxımından bazarda olan digər rəqiblərindən heçnə ilə fərqlənmir. Məlumata əsasən Nokia 9, 2560x1440 piksel keyfiyyətli 5.3 inç ekran, 8 nüvəli Snapdragon 835 prosessoru, 4 GB RAM, 64 GB daxili yaddaş ilə təchiz olunacaq. Onun batareyasının həcmi hələki bilinməsə də, QuickCharge 3.0 sürətli enerji yığma funksiyasına sahib olacağı dəqiqdir. Yeni smartfon, Android 7.1.1 Nougat əməliyyat sistemi ilə təchiz ediləcək. Bundan əlavə olaraq Nokia 9, USB Type-C girişinə sahib olacaq, lakin iPhone 7 və bu il çıxmış digər smartfonlardan fərqli olaraq standart 3.5 mm-lik audiogirişi özündə qoruyacaq. Nokia 9-un təqdimatının bu ilin İyul ayında baş tutacağı gözlənilir. Onun qiyməti isə 700$ civarında olacağı güman edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/mobilt/546967.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR