Kürün suyu yarım metrdən çox artdı

Kürün suyu yarım metrdən çox artdı
08:18 23 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 70-100, Kiçik Qafqazın çaylarında 40-100, Lənkəran-Astara bölgəsi çaylarında 30, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumatda bildirilib ki, mayın 22-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 61 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 787 m3/s olmaqla ongünlük normanın 113 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 314 m3/s olmaqla ongünlük normanın 45 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 90 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 166 m3/s təşkil edərək ongünlük normanın 83 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Şirvan məntəqəsində 8, Salyanda 7, Bankədə 20 sm azalma qeydə alınıb, Surrada və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 sm (2016-cı il mayın 22-də 375 sm), Şirvanda 263 sm, Salyanda 200 sm (2016-cı il mayın 22-də 177 sm), Bankədə 173 sm (2016-cı il mayın 22-də 182 sm), Araz çayının Novruzlu məntəqəsində isə 83 sm (2016-cı il mayın 22-də 80 sm) təşkil edir.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ekologiya2/199806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR