Bakıda 28 yaşlı qadını maşın vuraraq öldürüb

Bakıda 28 yaşlı qadını maşın vuraraq öldürüb
08:22 23 May 2017
59 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Bakının Xəzər rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, 1989-cu il təvəllüdlü Nəsirova Svetlana Qüdrət qızı Mərdəkan qəsəbəsində yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.
O, ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünü (hələlik adı açıqlanmır) saxlayıb. Araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-28-yasli-qadini-masin-vuraraq-oldurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR