Tövbənin şərtləri nədir?

Tövbənin şərtləri nədir?
08:27 23 May 2017
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Tövbə - etdiyi günahdan peşman olmaq, bunu bir daha təkrar etməməyə Allah qarşısında söz verməkdir. Bəzən insanlar elə düşünürlər ki, tövbə etmək üçün mütləq qüsl almaq, məscidə və ya müqəddəs ziyarətgaha getmək, ruhaninin yanında Qurana əl basmaq lazımdır. Halbuki bunların heç biri vacib deyil. Vacib olan səmimiyyət və iradə möhkəmliyidir.

Milli.Az islam.az-a istinadən bildirir ki, insan gərək öz günahının pisliyini və böyüklüyünü anlasın, həqiqətən peşmançılıq hissi keçirsin, bir daha buna yol verməyəcəyinə qərarlı olsun və sözünün üstündə dursun.

Bunlar tövbənin zahiri və vacib olan şərtləridir. Batini şərtlərə gəlincə, sufilik mövzusunda ən məşhur əsərlərdən sayılan "Misbahül-hidayə" kitabında tövbə­nin 5 şərti olduğu bildirilir: fərz olan ibadət­ləri icra etmək, buraxılmış fərzləri qəza etmək, halal ruzi qazanmaq, qəsb olunmuş bütün əmlakı sahibinə qaytarmaq və nəfslə mübarizə etmək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546969.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR