Bakıda qaynanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən yerə atıb

Bakıda qaynanası ilə mübahisə edən gəlin özünü 8-ci mərtəbədən yerə atıb
08:27 23 May 2017
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə 8-ci kilometr qəsəbəsi, Bəhruz Nuriyev küçəsi, ev 24 A-da qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü Yaqubova Lalə Tofiq qızı özünü yaşadığı binanın 8-ci mərtəbəsindən aşağı atıb. O, ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Yaralı əməliyyat olunub. Həkimlər onun vəziyyətini stabil-orta ağır kimi qiymətləndirirlər və həyatı üçün heç bir təhlükənin olmadığını bildirirlər.
Yaxınlarının sözlərinə görə, hadisə gəlin və qaynana arasında baş verən və bir müddətdir davam edən münaqişə zəminində qeydə alınıb.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-qaynanasi-ile-mubahise-eden-gelin-ozunu-8-ci-mertebeden-yere-atib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR