Konte İngiltərənin ən yaxşısı seçildi

Konte İngiltərənin ən yaxşısı seçildi
08:28 23 May 2017
80 İdman
Ölkə mətbuatı
A- A+

"Çelsi" klubunun italiyalı baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasında (İPL) ötən mövsümün ən yaxşı məşqçisi seçilib.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə İPL-nin mətbuat xidmətinin məlumatında bildirilir.

London komandası mövsümün sonunda tarixində beşinci dəfə Premyer Liqanın, altıncı dəfə isə İngiltərə çempionatının qalibi olub. "Çelsi" ikinci yeri tutan "Tottenhem Hotspur"u 7 xal qabaqlayıb. Komanda qazanılan qələbələrin sayına (30) görə də rekord müəyyən edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/199808.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR