Ayrılmaq istəməyən cütlüklər üçün ən ideal evlənmək vaxtı

Ayrılmaq istəməyən cütlüklər üçün ən ideal evlənmək vaxtı
08:38 23 May 2017
112 Digər
Ölkə mətbuatı
A- A+

İstər gənc yaşlarda, istərsə də, daha gec ailə quran cütlüklər bir müddət sonra şiddətli keçimsizlik səbəbindən ayrılır. Ailə daxili münaqişələrin müxtəlif səbəblərdən yaşanmasına baxmayaraq, mütəxəssislər bunun əsl səbəbinin insanların yaş fərqi və xarakteri ilə bağlı olduğunu düşünür.

Statistikaya görə, 32 yaşına çatmamış həmyaşıd cütlüklər arasında boşanma halları 5%-i ötür. Gənc ailə üçün bu göstərici çoxdur. Daha gec ailə quran insanlarda yaşanan problem isə birmənalı olaraq həyat enerjisi ilə əlaqəlidir.

Türkiyə və Avropa ölkələrində aparılan araşdırmalarda mütəxəssislərin fikrincə, ailə qurarkən kişilərin yaşının çox olması hər zaman uğurlu evlilik ilə nəticələnmir. Yaşda böyük olan əks cinsin nümayəndəsi ailə qurduğu özündən yaşca kiçik olan xanımın kaprizlərini deyil, xanımlığını görmək istəyir. Daha olğun, daha dərin düşüncələr, addımlar gözləyir. Bunun əksinə xanım isə yaşının azlığından dolayı bəzən daha çılğın və səthi davranışlara yol verə bilər. Xanımların özlərini hansı yaşda olur-olsun uşaq kimi apardıqları zamanlar olur. Təsadüfi deyil ki, bu davranışlar məhz həyat yoldaşlarına yönəlir. Belə halda qarşı tərəflər bir-birini başa düşmür, lakin kənar səbəblərə sığınaraq ailəni dağıdır.

Bir başqa misal gənc ailələrə şamil olunur. 45 yaş kamillik yaşı hesab edilir. Lakin ailə qurmaq üçün 32 yaş Avropada ideal hesab edilir. 32 yaşına çatmamış gənclər həmyaşıdları ilə ailə qurarkən bunun əyləncəli və daha çox ehtiraslı tərəfini göz önündə saxlayırlar. Bu səbəbdən bir neçə ildən sonra ailə məsuliyyəti onları sıxmağa başlayır. Qarşılıqlı şəkildə bir-birlərində günah axtaran cütlüklər çıxış yolunu son olaraq boşanmaqda görür.

Avropalı mütəxəssislər insanların səmərəli və keyfiyyətli evlilik üçün ideal yaşlarını hesablamağa çalışıblar. Onların fikrinə görə, özlərinə ən uyğun həyat yoldaşını tapan insanlar 45 yaşına qədər gözləməli daha sonra ailə həyatı qurmalıdır.

Mütəxəssislərin fikrincə, insanlar yaşlandıqca qayğıya və yanında birinin olmasına daha çox ehtiyac duyduqları üçün boşanma variantını düşünmürlər.

Təhlillərə görə, boşanma hallarının ən az rast gəlindiyi cütlüklər 45-49 yaş arasında ailə quranlardır.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199804.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR