Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək
08:42 23 May 2017
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki,  imtahan Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən keçiriləcək.

Monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/547370.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR