Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?

Cəfəri və şiə məzhəbləri arasında fərq varmı?
08:47 23 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Şiə - Həzrət Mühəmməd Peyğəmbərdən (ə) sonra Əli ibn Əbu Talibin (ə) imamlığını qəbul edən dini-siyasi cərəyandır (məzhəbdir). Şiə məzhəbi geniş bir anlayışdır. Bu məzhəbin bir neçə qolu var.

Milli.Az islam.az-a istinadən bildirir ki, sünni (əhli-sünnə) məzhəbinin də bir neçə qolu var (hənəfilik, hənbəlilik, şafiilik, malikilik və s.). Şiə məzhəbinə cəfərilik, ismaililik, zeydilik və s. kimi qollar daxildir. Bunlar arasında əsas fərq Peyğəmbərin Əhli-beytindən olan 12 imamdan neçəsini imam olaraq qəbul etmələrindədir. Məsələn, zeydilər ilk 4 imamı, ismaililər ilk 6 imamı qəbul edirlər, bundan sonra onların imamət zənciri başqa istiqamətdə davam edir. Cəfərilər 12 imamı qəbul edirlər; buna görə onlara isna-əşərilər (on iki imamçılar) da deyirlər. Cəfəri məzhəbi altıncı İmam Cəfər Sadiq (ə) tərəfindən sistemləşdirilib. Hal-hazırda dünya şiələrinin əksəriyyətini cəfərilər təşkil edirlər (o cümlədən, Azərbaycan, İran, İraq şiələri)."Şiə" deyərkən adətən cəfəri məzhəbi nəzərdə tutulur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/546971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR