Quterreş Ruhanini təbrik edib

Quterreş Ruhanini təbrik edib
08:57 23 May 2017
79 Dünya
Ölkə mətbuatı
A- A+

BMT-nin baş katibi Antoniu Quterreş Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə baş katibin müavini Stefan Cüjarrik deyib.

"Baş katib İran hökümətini və xalqını prezident seçkilərinin uğurlu keçirilməsi, Həsən Ruhanini isə yenidən prezident seçilməsi münasibətilə təbrik edib. O, İran prezidenti və höküməti ilə qarşılıqlı surətdə maraqlı məsələlər üzrə əməkdaşlığın davam etdirilməsini gözləyir", - müavin deyib.

Qeyd edək ki, mayın 20-də İranda prezident seçkiləri keçirilib. 57 faiz səs toplamaqla Həsən Ruhani yenidən İranın prezidenti seçilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/547376.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR