Atatürkün öz hesabına İrandan aldığı torpaqların səbəbi - FAKTLAR

Atatürkün öz hesabına İrandan aldığı torpaqların səbəbi - FAKTLAR
09:03 23 May 2017
73 Digər
Ölkə mətbuatı
A- A+

Uzaqgörənliyi və uğurlu siyasəti ilə hər zaman diqqət mərkəzində olan Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk haqqında son günlərdə dünya mediasında maraqlı informasiyalar yayımlanıb. Atatürkün illərdir gizli şəkildə qorunan əlyazmalarından sonra bu dəfə də, onun öz hesabına İrandan torpaq alması xəbəri gündəmi zəbt edib, dünya mediasında geniş müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Mustafa Kamal Atatürkün inanılmaz zəkası, Türkiyə mövzusunda addım atmaq istəyən bütün liderləri iki dəfə düşünməyə vadar edirdi. Onun ən gözəl addımlarından biri Türkiyənin bütün Türk xalqları ilə əlaqələrinin yaradılması istiqamətində olub.

Naxçıvan Azərbaycan ərazisinə daxil muxtar respublikadır. Eyni zamanda Naxçıvan Türk dövlətləri içində Türkiyə ilə quru sərhədi olan yeganə ərazidir.

Türk mətbuatında yayımlanan materiallarda Atatürkün siyasəti nəticəsində Naxçıvanın ayrı Muxtar Respublika olması qeyd olunub.

Türkiyənin ən yaxın sərhədlərindən biri Naxçıvandır. Ermənistan ilə İran arasında qalan Muxtar Respublika Türkiyənin İğdır bölgəsi ilə qonşuluqda yerləşir. Sərhədin ümumi uzunluğu isə 12-13 kilometr təşkil edir. Çox adamın bilmədiyi incə bir məqam daha var. Türk dünyasına açılan yeganə qapı olan Naxçıvan sərhədi o dövrdə Mustafa Kamal Atatürk tərəfindən "şəxsən öz vəsaiti" hesabına İrandan alınan torpaqlardan ibarətdir. Hazırda Naxçıvan ilə Türkiyə sərhədi ərazisində yerləşən torpaqlar türklərə məxsusdur.

Materialda qeyd olunan məlumata görə, Atatürk dahi və uzaqgörən lider olduğunu bu addımı ilə bir daha sübut edir.

O dövrün şərtlərinə görə, uzaqgörən siyasəti ilə Atatürk bütün dövlətlərlə Türkiyə arasında yarana biləcək hər hansı gərgin münaqişələrin qarşısını almağa çalışıb. O dövrdə Türkiyənin vəziyyətini nəzərə alan Atatürk, bölgənin yuxarısında Sovet Rusiyası və Ermənilərin, aşağı istiqamətdə isə İranın yerləşdiyini bilirdi. Gözlənilməyən səbəblərdən ölkələr arasında münasibətlər pozularsa Türkiyənin, Türk dövlətləri və Orta Asiya ilə əlaqəsinin itməməsi üçün dövlət xəzinəsindən istifadə etmədən, öz şəxsi hesabına o torpaqları alıb və Türkiyə Cümhuriyyətinin tərkibinə qatıb.

90-cı illərin əvvəllərində Sovet Rusiyasının dağılmağa başladığı bir ərəfədə fürsətdən istifadə etmək istəyən ermənilər Rusiyadan aldıqları silahlarla Naxçıvana hücum edərək bölgəni ələ keçirməyə çalışıb. Bunu başa düşən Türk hökuməti sərhəd qapısından Naxçıvana silah və dərman yardımı göstərib. Naxçıvanın işğal olunmasının qarşısını alan bu addım sonradan Naxçıvanın müstəqilliyini elan edib muxtar Respublika olmasında önəmli rol oynayıb.

Dahi Mustafa Kamal Atatürk uzaqgörən siyasəti və dərin zəkası sayəsində təkcə türk xalqını deyil, eləcə də bütün Türk dünyasında yaşayan vətəndaşların həyatını və gələcəyini xilas etməyə nail olub.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlitarix/199805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR