Avropada konsert zamanı TERROR

İngiltərənin Mançester şəhərində törədilən terror aktı nəticəsində xəstəxanalara 59 nəfər yerləşdirilib.

Metbuat.az xəbər verir ki, hazırda şəhərin 6 tibb müəssisəsində yaralılara yardım göstərilir. Yüngül yaralananlara hadisə yerində tibbi yardım göstərilib.

Partlayış nəticəsində 19 nəfər ölüb. Partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Bu, 2005-ci ildə London metrosunda törədilən və 50 nəfərin ölümünə səbəb olan terror aktından sonra ən böyük terror hücumudur.

İlkin versiyaya əsasən, konsertdən sonra tamaşaçılar stadionu tərk edərkən terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb.

Qeyd edək ki, insident “Mançester-Arena”da, məşhur ABŞ müğənnisi Ariana Qrandenin konsertində qeydə alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR