SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Ağdamda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb
09:12 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 23 may. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Ağdam rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb.
“Report” nazirliyə istinadən xəbər verir ki, Fond iş adamlarından taxılçılıq, cins heyvandarlıq, tərəvəzçilik, pambıqçılıq və soya əkini təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.
Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172.
Telefon: (012) 434-74-29. Faks: (012) 432-37-17. e-poçt: info@anfes.gov.az

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/skmf-agdamda-sahibkarlardan-investisiya-layihelerinin-qebuluna-baslayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR