Super Liqada şok: tarix yazan baş məşqçi istefa verir

Super Liqada şok: tarix yazan baş məşqçi istefa verir
09:17 23 May 2017
70 İdman
Ölkə mətbuatı
A- A+

Şenol Günəş mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq. Fanat.Az xəbər verir ki, bu açıqlama ilə tanınmış idman şərhçisi Erman Toroğlu çıxış edib.


Onun fikrincə, 64 yaşlı mütəxəssis mövsümün sonunda "Beşiktaş"dan ayrılacaq: "Mən Şenol Günəşin gələn mövsüm komandada olacağına inanmıram. Qalmaq ehtimalı 10 faizdi. Bəzi problemlər var".


Şenol Günəşin müqaviləsi mövsümün sonunda başa çatır. Rəhbərlik bir müddət əvvəl ona yeni anlaşma təklif etmişdi. Amma mütəxəssis "Çempion olaq, sonra danışarıq. İmza atmaq asandı" demişdi.


Qeyd edək ki, Şenol Günəş ötən mövsüm "Beşiktaş"ı 7 illik fasilədən sonra Türkiyə çempionu edib. Komanda onun rəhbərliyi altında cari mövsümdə Avropa Liqasında 1/4 finaladək irəliləyib və Super Liqada çempionluğa əsas namizəddi. Belə ki, "Beşiktaş" sona 2 tur qalmış "Başakşəhər"i 4 xal qabaqlayır.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-super-liqada-ok-tarix-yazan-ba-mqci-istefa-verir-t58272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR