"Qalatasaray"ın "Mançester Siti"ni parçalamaq planı

"Qalatasaray"ın "Mançester Siti"ni parçalamaq planı
09:17 23 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" "Mançester Siti"nin 4 futbolçusuna elçi düşüb. Fanat.Az xəbər verir ki, baş məşqçi İqor Tüdorun siyahısında İngiltərə klubundan 4 futbolçu yer alıb. 


Bunlar müdafiəçilər Pablo Zabaleta, Eliaquim Manqala, Cason Denayer və Vilfried Bonidi. "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola başa çatan mövsümdə icarə əsasında başqa klublarda oynamış Manqala, Denayer və Bonini 2017/18 mövsümündə də komandada görmək istəmir. "Qalatasaray" bu şansdan yararlanmaq niyyətindədi.


Zabaletanın isə müqaviləsi gələn ay başa çatır. Onunla "Roma" və "Vest Hem"in də maraqlandığı deyilir. "Qalatasaray" artıq danışıqlara başlayıb. Zabaleta kimi Qael Klişi və Bakari Saqnanın da müqaviləsi başa çatır. Saqnanın yaşı və xroniki zədəsi olduğundan İstanbul klubu onunla maraqlanmır. Klişi isə "sarı-qırmızılılar"ın maraq dairəsinə düşə bilər.


Qeyd edək ki, Denayer 2015-2016 mövümündə icarə əsasında "Qalatasaray"da çıxış edib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquotn-quotmancester-sitiquotni-parcalamaq-plan-t58271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR