"Atletiko"nun hücumçusu Antuan Qrizman gələcəyi ilə bağlı açıqlama verib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Fransada iştirak etdiyi bir TV proqramında "Mançester Yunayted"ə keçəcəyi ilə bağlı sualı cavablandıran oyunçu bu məsələ ilə bağlı ümidli danışıb.
O, aparıcının "Manu"ya keçmək şansın 10 üzərindən neçə ehtimaldır?" sualına "10 üzərindən 6" cavabını verib.
Məlum olduğu kimi Premyer Liqanı 6-cı pillədə tamamlayan "qırmızı şeytanlar" normal üsulla Çempionlar Liqasına qatıla bilməyəcək. Ancaq qitənin ən nüfuzlu klub turnirində çıxış etmək üçün bir şans daha var.
Belə ki, çərşənbə günü oynanılacaq Avropa Liqasının final matçında "Ayaks"la qarşılaşacaq mançesterlilər qalib gələcəyi halda ÇL-yə qatılmaq haqqı əldə edəcək. Qrizmanın da qərarını bu oyunun nəticəsinə görə verəcəyi bildirilib.
Qeyd edək ki, artıq "Atletiko" "Lion"dan ayrılacaq Aleksandr Lakazetlə danışıqlara başlayıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində