Azərbaycan Meksikada keçirilən festivalda təmsil olunub (FOTO)

Azərbaycan Meksikada keçirilən festivalda təmsil olunub (FOTO)
09:36 23 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Meksikanın paytaxtında ənənəvi olaraq keçirilən ən böyük festivalda Azərbaycan təmsil olunub. Meksikanın paytaxtı Mexiko şəhərində ənənəvi olaraq keçirilən “Dost Mədəniyyətləri Festivalı”nın (Feria de Las Culturas Amigas) açılış mərasimi keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, təntənəli açılış mərasimində Meksika şəhəri Hökuməti başçısı Migel Anxel Mansera, Meksika Federal Dairəsi qanunverici orqanının, həmçinin diplomatik korpus və KİV nümayəndələri iştirak edib. Ölkəmizi tədbirdə Meksikada Səfirliyimizin müvəqqəti işlər vəkili Məmməd Talıbov təmsil edib.

2009-cu ildən başlayaraq ənənəvi olaraq həmrəylik və müxtəliflik şüarı altında Mexiko şəhəri Hökuməti təşkilatçılığı ilə keçirilən bu Festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyəti, mətbəxi və ənənələri ilə Mexiko əhalisinin tanış edilməsidir. Festivala ildən ilə maraq artır və bu il 94 ölkə qatıldığı bu tədbirə dörd milyona yaxın ziyarətçinin gəlməsi gözlənilir.

İki həftə ərzində davam edəcək bu Festivalda Azərbaycan da təmsil olunur. Festivalın qonaqlarına Azərbaycanla bağlı məlumat verilir, video və çap materialları nümayiş etdirilir, qonaqlara Azərbaycan mətbəxinin ləziz təamlarından dadmaq imkanı təqdim olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2757958.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR