"Milan" ilk transferini rəsmiləşdirib.
Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "rossonyerlər" "Vilyarreal"ın mərkəz müdafiəçisi Mateo Musaçioyla anlaşıb.
Bu barədə klubdan açıqlama verilib. 26 yaşlı futbolçu üçün La Liqa təmsilçisinə 18 milyon avro ödənib. Futbolçunun özü isə illik 2,5 milyon avro qazanacaq.
Argentinalı futbolçu "Vilyarreal"a 2009-cu ildə, "River Pleyt"dən transfer olunmuşdu.
Qeyd edək ki, Musaçio son mövsümdə şans qazandığı 30 oyunda 2 məhsuldar ötürməyə imza atıb.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində