Türkiyənin tanınmış aktrisasına ağır itki

Türkiyənin tanınmış aktrisası Meltem Cumbulun ailəsində ağır itki baş verib.

Metbuat.az xəbər verir ki, sevilən aktrisanın atası Sedat Cumbul dünyasını dəyişib.

Aktrisa üzücü xəbəri sosial şəbəkə vasitəsi ilə sevənlərinə çatdırıb. O, paylaşımına belə şərh verib:

"İtkimiz acıdır. Ən gözəl hekayələr dəftərə yazılmayanlardır... Ən gözəl filmlər ancaq həyatdadırlar. Ən gözəl eşqlər artıq bir filmdə yoxdurlar və onlar ancaq xatirələrdədir və çox yaxındırlar”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR