Şirvan Milli Parkında yanğın olub

Şirvan Milli Parkında yanğın olub
09:44 23 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan Milli Parkının Neftçala rayonunun Müşfiqabad qəsəbəsi ilə sərhəddində yanğın hadisəsi baş verib. Ərazidə əsən güclü külək nəticəsində yanğın qısa müddət ərzində Şirvan Milli Parkının ərazisinə keçib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub və qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

 

Yanğın nəticəsində Milli Parkın təxminən 3 hektar ərazisində quru ot örtüyünə ziyan dəyib.

 

Yanğının səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/275195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR