Ərdoğan ölkə rəhbərləri ilə bütün görüşləri ləğv etdi - SƏBƏB

Ərdoğan ölkə rəhbərləri ilə bütün görüşləri ləğv etdi - SƏBƏB
09:58 23 May 2017
89 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan gözlənilmədən bütün görüşləri ləğv edərək evinə gedib.

Publika.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv ölkələrin liderlərinin şərəfinə verdiyi səhər yeməyinə qatılmayıb. Bundan əlavə, proqram üzrə ölkə liderləri ilə baş tutacaq ikili görüşləri də ləğv etdirib.

Günorta yeməyində isə onu TBMM sədri İsmayıl Qəhrəman və Baş nazir Binəli Yıldırım əvəz edib.

Bundan əlavə, Ərdoğanın Rusiyanın Baş naziri Dmitri Medvedev və Yunanıstan Prezidenti Prokopis Pavlopulosu qəbul etməsi gözlənilirdi. Bu görüşlər də bilinməyən səbəblərdən ləğv edilib.

Dövlət başçısının həmin gün Mabeyndəki iqamətgahından çıxaraq Kısıklı ərazisində yerləşən evinə keçdiyi deyilir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199819.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR